Şuşa şəhərinə gələrkən yolda iki fərqli mənzərə ilə rastlaşdım. Bir tərəfdə ermənilərin törətdiyi vandallıqlar, digər tərəfdə isə Azərbaycanın bərpa etdiyi Şuşa şəhəri var.
Bunu AZƏRTAC-a müsahibəsində NTV-nin xarici xəbərlər departamentinin rəhbəri Əhməd Yeşiltəpə söyləyib.
“Ötən gün Prezident İlham Əliyev Forum iştirakçıları ilə görüşü zamanı dünyaya bu torpaqların Azərbaycanın olduğunu, bu səbəbdən sahib çıxdıqlarını və yenidən inşa etdikləri mesajını verdi”, - deyə o diqqətə çatdırıb.
Türkiyədə Azərbaycanın mədəniyyətinə, musiqisinə, burada baş verən hadisələrə çox böyük marağın olduğunu deyən Ə.Yeşiltəpə qeyd edib ki, Türkiyə mediasının Türk dünyası ölkələri ilə bağlı daha çox xəbər verməsinin vacibliyini vurğulayıb.