Fransa prezidenti BRİKS sammitinə dəvət almayıb

Fransa prezidenti Emmanuel Makron BRİKS sammitində iştirak etmək istəsə də, tədbirə dəvət almayıb.


Bu barədə “News 24” xəbər portalı məlumat yayıb. 


Qeyd edilib ki, Cənubi Afrika Prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderinə dəvət göndərib, lakin nə Fransa, nə də ABŞ və Böyük Britaniya liderləri dəvət olunanlar arasında olmayıb.


Avqustda Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında Afrikanın 54 ölkəsinin lideri də var. Sammit zamanı Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələri liderlərinin bütün iclaslarında onlayn iştirak edəcək.


BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Cənubi Afrikanın hazırkı BRİKS-ə sədrliyi ardıcıl üçüncü ildir. 2024-cü ildə BRİKS-ə sədrlik Rusiyaya keçir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.