Ukraynada müharibə Afrikanın ərzaq təhlükəsizliyini azından iki il çətinləşdirəcək.
“Bild” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, Rusiya "Taxıl sazişi"ndən çıxandan sonra Böyük Britaniya Müdafiə Nazirliyi Afrika ölkələrində ərzaqla bağlı vəziyyətə dair gündəlik hesabat hazırlayır.
Vurğulanıb ki, "Taxıl sazişi" icra olunarkən 30 milyon ton taxıl Afrikaya daxil olurdu. Bununla da Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələr ərzaq ehtiyaclarını ödəyirdi. Nazirlik bildirib ki, Rusiyanın "Taxıl sazişi"ndən çıxması artıq qiymətlərin bahalaşmasına səbəb olub.
“Bild”in yazdığına əsasən, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumunda Afrika dövlətlərinin nümayəndələrini sakitləşdirməyə çalışır. O, Rusiyanın tezliklə bəzi Afrika ölkələrinə 25-50 min ton taxıl tədarük edəcəyinə söz verib.(“Report”)