“Vaqner” qruplaşmasının terrorçularının mümkün təxribatları riskinə görə Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.
Senzor.az bildirir ki, bu bəyanatla Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus çıxış edib.
O, Belarusla sərhədin bağlanması ehtimalının və bu mövzuda müzakirələrin real olduğunu qeyd edib.
Abramaviçus bildirib ki, "Vaqner" silhalıları qaçqın qiyafəsində təxribatlar törədə bilərlər.
Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.