Kanada "demokratiyası": FACEBOOK, INSTAGRAM VƏ GOOGLE HƏDƏFƏ ALINDI

Kanada Senatı tərəfindən “C-18” ("Bill C-18, the Online News Act) qanun layihəsinin qəbul edilməsindən sonra “Meta” şirkəti ölkə mətbuatının dərc etdiyi xəbərlərin istifadəçilər üçün əlçatmaz olacağını bəyan edib.

 

Yerli qanunvericilər qanun layihəsini guya jurnalistlərin dəstəyi ilə təsdiqlədiklərini bəyan ediblər və beləcə, məsuliyyəti medianın üzərinə atıblar.

 

“Meta” daha əvvəl istifadəçilərin media ilə maraqlanmadığını açıqlayıb. Belə ki, istifadəçilər bu sosial şəbəkələrə əsasən xəbər məzmunu ilə tanış olmaq üçün daxil olmurlar. Belə olan halda məzmunu onsuz da tələb olunmayan jurnalistlərə “dəstək” qanun layihəsinin qəbulu suallar doğurur.

 

Qanun layihəsi "Meta" ilə yanaşı, digər texnologiya nəhəngi olan "Google"u jurnalist materiallarının platformasında yerləşdirilməsinə görə xəbər agentliklərinə ödənişə məcbur edir. 

Kanadanın irs naziri Pablo Rodriges deyib: "Azad və müstəqil media demokratiyamız üçün əsas önəm kəsb edir. Bu qanun layihəsi böyük şirkətlərin fəaliyyətini nəzarətdə saxlamağa, oyun qaydarını hamı üçün bərabər etməyə yönəlməklə yanaşı, ən kiçik xəbər biznesimizin belə, yeni rejimdən faydalanmasına və əməyinə görə ədalətli mükafat almasına imkan yaradacaq. Hökumət texnologiya nəhəngləri qarşısında kanadalıları müdafiə edə bilməzsə, bunu kim edəcək?"

 

Buna cavab olaraq "Meta" sahib olduğu Facebook və İnstagram-da Kanada vətəndaşlarının xəbər oxuma imkanlarını 5 faiz azaldıb.

 

Kanadanın baş naziri Castin Trüdo "Meta"nın qərarını kəskin tənqid edib: "İnternet nəhəngləri ədalətli ödənişlər etmək əvəzinə kanadalıların yerli xəbərlərlə tanış olmaq, oxumaq imkanlarını məhdudlaşdırmaları real prolemdir. Onlar bizi qorxutmağa çalışaraq məqsədlərinə çatmaq istəyirlər. Alınmayacaq", - C.Trüdo deyib.

 

"Meta"nın atdığı addımları "Google" da təkrarlamaq niyyətindədir, çünki Kanada parlamentində müzakirə edilən qanun layihəsini söz və informasiya əldə etmək azadlığının məhdudlaşdırılması hesab edir.

 

Ümumiyyətlə, Kanadanın media sektorundakı vəziyyət, yumşaq desək, normallıqdan çox uzaqdır. Çünki, mövcud hadisələr medianın dramatik böhranı fonunda baş verir. İrs Nazirliyinin rəsmi məlumatlarına görə, 2008-ci ildən bəri Kanadanın 470-dən çox media qurumu bağlanıb.

 

Nüfuzlu elmi nəşr “Canadian Journal of Communication” üçün Kanadada tanınmış media ekspertləri tərəfindən aparılan sorğudan bəzi məlumatları göstərmək kifayətdir. 

Araşdırmanın nəticələrinə görə, ölkədə bütün növ mediaya inam geri dönməz şəkildə azalır, xüsusən də respondentlərin yalnız 47%-i internetdəki məlumatlara, cəmi 14%-i isə sosial şəbəkələrdə yerləşdirilən xəbər məzmununa etibar edir ki, bunu da “Meta”nın açıqlamaları bir daha təsdiqləyir.

 

"Canadian Journal of Communication"ın yaydığı son hesabata görə, ölkə mass-mediası faktiki olaraq rəsmi qurumlarla iri biznes strukturlarının əsirinə çevrilib.

 

"Məmurlar məlumat vermək istəmir, şərhlərdən yayınır və mediaya aşkar təzyiqdən çəkinmirlər. Biznes mühitdə isə media indi az qala, sadəcə əyləncə və reklam müstəvisi qismində qəbul olunur. Kanadanın yerli mass-mediası ağır, dərin böhrandadır və problemin kökü hakimiyyətin kütləvi informasiya vasitələrinə olan münasibətindədir", - hesabatda deyilir.

 

MakGill Universitetinin professoru Mark Reboyun dediyinə görə, Kanadada vətəndaşların mediaya olan inamı sürətlə azalıb və son onilliklərdə ən aşağı səviyyədədir.

 

Laval Universitetinin əməkdaşları Tyerri Jyasson və Kolett Brenin, habelə Ottava Universitetininr professoru Mari-Mişel Sovajonun apardıqları tədqiqatların da nəticələri belədir.

 

Onların birgə hesabatlarında (Giasson, Brin, Sauvageau Report) bildirilir ki, məmur təzyiqləri nəticəsində Kanadanın kütləvi informasiya vasitələri insanlara doğru, müxtəlif və səhih xəbərlər çatdırmaq kimi demokratik missiyanı icra etməkdə ciddi çətinliklər çəkirlər.

 

Tanınmış ekspert Piter Vasterman isə hesab edir ki, rəsmi qurumlarla biznes strukturlarının son vaxtlar az qala təmərküzləşmiş təzyiqlərinin əsas məqsədi oxuculara, tamaşaçılara və dinləyicilərə real mənzərəni əks etdirən dürüst xəbərlərin verilməsi yox, psevdo media hadisəsi (media hype) yaradıb bazara çıxarmaqdır.

 

Nəticədə çox ağır böhranla üzləşmiş Kanada mediasında informasiyanın səhihliyi dərin şübhələrə səbəb olur.

 

Adi fakt: Kanada sakinlərinin cəmi 5 faizini təşkil edən siqhlər ölkənin Ali Məzkəməsinə müraciət edərək siqh yeniyetmələrlə oğlan uşaqlarının məktəbə yollananda dekoratik, kiçik xəncər yasağı ilə üzləşməmələrini istəmişdilər. Ali Məhkəmə bu xahişi rədd etdi. Kvebekdəki mediada isə əsl fırtına qopdu, “Məktəblərə xəncər keçirmək istəyirlər!” başlıqlı xəbərlər sel kimi tirajlandı. 

 

 

Halbuki siqhlərinr istəyi çeçələ barmağı boyda dekorativ, alüminium xəncərin yasaqlanmaması idi ki, bu da siqh kişilərin geyiminin mütləq atributudur.

 

Və ya Kvebekdəki multikultural situasiyanın təhlili üçün parlamentdə yaradılmış Buşar-Teylor komissiyasının fəaliyyətini media məhz bəzi məmurlarla iş adamlarının mövqelərindən şərh etmiş, məhz bu səpkidə xəbərlər yaymışdı.

 

Rayserson Universitetinin əməkdaşlvrı Ebbi Qudram və Elizabet Qodonun apardıqları araşdırma isə çox maraqlı situasiyanı aşkarlayıb. Əvvəlki illərlə müqayisədə daha az qəzet-jurnal oxuyub daha çox telekanallara baxan və internetdən məlumat əldə edən kanadalılar tanış olduqları məlumatların təqribən 84 faizinə inanmırlar.

 

CBS-in şərhçisi, Kanada mediasının məşhur siması Anna Mariya Tremontinin fikrincə, müşahidə olunan vəziyyət dövlət qurumlarının mediaya laqeyd münasibətindən qaynaqlanır.

 

Onun sözlərinə görə, Kanada mediasının problemlərinin həllində müvafiq rəsmi qurumlar həddən ziyadə laqeydlik, astagəllik, bəzi hallarda isə ümumiyyətlə, yarıtmaz fəaliyyət nümayiş etdirirlər.

 

Ontariodakı Quelf Universitetinin jurnalistika fakultəsinin professoru Yan Reyli də bu fikrlərlə tam razıdır.

 

O hesab edir ki, hazırda Kanadada “Meta” və “Google” ilə bağlı yeni qanunun qəbul edilməsi yerli mass-medianın inkişafına yönəlmiş təşəbbüs yox, kütləvi informasiya bazarını sərt nəzarətdə saxlamaq cəhdidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.