Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktını pisləyib.
Senzor.az bildirir ki, bu barədə Nazirliyin “Tvitter” səhifəsində paylaşım edilib.
“Biz Bajaurda siyasi konqres zamanı törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.
Pakistan hökumətinə, həlak olanların ailələrinə başsağlığı veririk” - paylaşımda deyilir.
Xatırladaq ki, terror aktı nəticəsində həlak olanların sayı artıq 44 nəfərə çatıb.