Maskalı piyadalar və ermənilər: STƏKANDA "FIRTINA" DAVAM EDİR
ELÇİN ALIOĞLU YAZIR

Dövlətlər, siyasətçilər, təşkilatlar, hətta bloqerlər səs-səsə verərək "Laçın yolu dərhal açılsın!" deyərək Bakıya təzyiq gostərməyə çalışırlar. Lakin maskalanmış fiqurlarla geosiyasətin şahmat vergi tasındakı piyadaların bu cəhdlərinin hər hansı formada nəticə verəcəyini düşünmək sadəlövhlük olardı...

 

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanla Ermənistan arasındakı şərti dövmelət sərhədindəki vəziyyətlə bağlı xüsusi bəyanatla çıxış edib.

 

"Dağlıq Qarabağda insan haqlarının təminatı və humanitar vəziyyətlə bağlı fövqəladə dərəcədə narahatam. Bütün fikirlərim yaranmış vəziyyətin əsas ağırlığını çiyinlərində daşıyan insanlarladır. Laçın dəhlizi ilə azad, sərbəst hərəkətin bərpası ilə bağlı əvvəlki çağırışlarımı qətiyyətlə təkrarlayıram. Avropa İnsan Haqları Məhkəməsinin yeddi ay əvvəl Laçın dəhlizi ilə bağlı müvəqqəti tədbirlər barədə qərarını xatırladıram. Bununla yanaşı, Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkəti ən yaxın vaxtlarda tam bərpa etmək üçün tərəfləri gerçək dialoqa çağırıram. Bu dialoq 23 il əvvəl Azərbaycanla Ermənistanın Avropa Şurasına daxil olarkən üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq sülhün bərpası və gərginliyin deeskalasiyası ilə nəticələnməlidir", - Buriç bəyan edib. 

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi də Bakıya müraciət edib. O, Twitter-dəki akkauntunda yazıb: "Ermənistanın hakimiyyət dairələrinin dəvəti ilə Fransa səfirliyi Azərbaycanın Laçın dəhlizinin blokadasını davam etdirdiyini qeydə alıb. Bu, atəşkəs barədə anlaşmadakı öhdəliklərə ziddir və danışıqlar prosesinə zərbə vurur".

 

Analoji məzmunda bəyanatlarla bir sıra ölkələr, beynəlxalq təşkilatlar, siyasətçilər, hətta bloqerlər belə, çıxışlar edir, Bakını "Laçın dəhlizi ilə hərəkətə dərhal şərait yaratmağa" və habelə, Laçın rayonundakı sərhəd nəzarət-buraxılış məntəqəsinin ləğvini tələb edirlər.

 

Göründüyü kimi, Azərbaycana təzyiq cəhdləri, pressinq səyləri sürətlə artır. Bizi qərarlarımızı ləğv etməyə, mövqelərimizdə ciddi dəyişikliklər etməyə, geri çəkilməyə çağırır və tələb edirlər.

 

Tələblərə görə, Ermənistanla Azərbaycan ərazisi olan Xankəndi arasında Laçın yolu ilə hərəkət tam bərpa olunmalı, heç bir halda nəzarət, təftiş və yoxlamalar aparılmamalıdır. Yəni ermənilər istədikləri vaxt Ermənistandan Xankəndiyə və əks istiqamətdə hərəkət etməli, istədiklərini daşımalıdırlar.

 

Azərbaycan hərbçiləri, polislər, sərhədçilər, gömrükçülər prosesə əsla (!) müdaxilə etməməliymiş.

 

Situasiya ilə bağlı sualları cəmləsək, 3 əsas suala cavab verilməlidir:

 

1. Nə və niyə baş verir?

 

2. Bəyanatlar və çağırışlar niyə səslənir, onların əsası nədir?

 

3. Bu proses Azərbaycana nə vəd edir, nə etməliyik və ya nə edə bilərik?

 

Sualları sıra ilə cavablamağa çalışaq.

 

44 günlük İkinci Qarabağ Müharibəsi ermənilərin tam məğlubiyyəti və kapitulyasiyası ilə başa çatandan sonra Cənubi Qafqaz bölgəsində tam yeni geosiyasi reallıqlar formalaşdı. O reallıqları yaradan savaşı qələbə ilə başa vuran, Ermənistanın silahlı qüvvələrini ifrat zəiflədən, 30 il erməni işğalında olmuş ərazilərini azad edən Azərbaycan idi.

 

Müharibə başlayan ilk gündən Britaniya, Türkiyə, İsrail, İtaliya və Pakistanın Azərbaycana tam siyasi dəstək verdiklərini nəzərə alsaq, həmin ölkələrin təbii ki, regional proseslərə aktiv təsir imkanları artmışdı. Rusiya Federasiyası və İran regional geosiyasi oyunçular olmalarına rəğmən, təsir rıçaqlarının əhəmiyyətli dərəcədə zəifləməsi ilə qarşılaşdılar. Yunanıstan və Fransa bölgədə Türkiyə ilə İsrailin möhkəmlənməsinə yol verməmək üçün aktiv ermənipərəst siyasəti reallaşdırmağa başladılar.

 

Parisə və ya Afinaya Ermənistan geosiyasi, xüsusilə də geostrateji məkan qismində əsla maraqlı deyil. Onların maraqları Ermənistandan Azərbaycanla Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməkdir.

 

Azərbaycanla Pakistan arasındakı qardaşlıq əlaqələri Hindistanı qıcıqlandırdığından Dehlidəki ultramillətçi və ifrat sağçı rejim Ermənistanı dəstəkləməyə, sonra da silahlandırmağa başladı. İrəvanla Dehli arasında imzalanmış 400 milyon dollarlıq silah sazişinin altqatında bu səbəb durur.

 

Ölkəmizin güclənməsinə imkan verməməyə çalışan İran da aktiv fəaliyyətə başlayaraq Ermənistana göstərdiyi dəstəyi və yardımları daha da artırdı.

 

Rusiya Federasiyasına gəldikdə isə, bölgədə Qərbin və xüsusilə də Türkiyə ilə İsrailin aktivləşməsinin qarşısını almağa, Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) 2025-ci ildə çıxarılmasına mane olmaq üçün Moskva situasiyanı daimi, fasiləsiz gərginlikdə saxlamaqda maraqlıdır. Digər məqsəd Ermənistanın Qərbə meyllənməsini dayandırmaq, 102-ci hərbi bazanın Gümrüdən çıxarılması ehtimalını minimuma endirməkdir. 

Hazırda Hindistan və Fransa həm rəsmi, həm də illeqal yollarla Ermənistanı sürətlə silahlandırmaqdadır. Dehli ilə Parisin məqsədi faktiki olaraq ermənilərin hərbi potensialını artırmaqla erməniləri yeni müharibəyə sövq etməkdir.

 

Laçın yolu, xüsusilə də "qarabağlı ermənilərin üzləşdikləri humanitar fəlakət, aclıq təhlükəsi" və s. ilə bağlı Azərğbaycana qarşı ünvanlanmış aqressiv davranş, bəyanatlar və s.-nin məzmunu bəllidir.

 

Çağırışlar və bəyanatların istisnasız olaraq hamısı Azərbaycana təzyiq cəhdləri olmaqla yanaşı, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş qəsd niyyətidir. Ən əsası isə odur ki, "Laçın yolununu dərhal açılması" ilə bağlı Bakıya yönəlmiş müraciətlər beynəlxalq hüquq baxımından sadəcə, xitab və ya istək kimi dəyərləndirilə bilər.

 

Səbəb çox bəsitdir.

 

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndi belədir: "Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

 

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

 

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir".

 

Sənədin 9-c bəndi isə belədir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

 

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

 

Göründüyü kimi, sənddə Laçın yolunun 3 ildə inşası nəzərdə tutulsa da, Azərbaycan bu yolu vaxtından xeyli əvvəl inşa edərək istifadəyə verib.

 

Bəyanatda vurğulanır ki, Azərbaycan tərəfi Laçın yolu ilə hərəkətin təhlükəsizliyini təmin etməlidir.

 

Bakı da bunu edir: Laçın postu məhz təhlükəsizliyin təminatı üçün yaradılıb və fəaliyyət göstərir.

 

Ermənistan tərəfi bu sənədin istisnasız olaraq, heç bir bəndinə əməl etməyib.

 

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi hələ də yaranmayıb, RSK-nın yerləşdiyi arealdakı erməni silahlı dəstələri tərk-silah olunaraq çıxarılmayıb, azərbaycanlı məcburi köçkünlərin hazırda RSK kontrolundakı ərazilərə qayıdışı təmin edilməyib və s.

 

Bu səbəbdən də hansısa dövlət, beynəlxalq təşkilat, səfirlik, siyasətçi və s. Bakıya ünvanladığı bəyanata "Azərbaycan hakimiyyəti etməlidir" ifadəsini əlavə edirsə, həmin bəyanat müəllifinə dərhal, təxirəsalınmaz şəkildə sərt cavab verilməlidir.

 

Azərbaycan hakimiyyətinin heç bir Qərb ölkəsi, Kanada və ya Madaqaskar qarşısında öhdəliyi yoxdur: çünki rəsmi Bakı üçüncü ölkənin yüklərinin sərhədindən keçirilərək ərazimizə buraxılması ilə bağlı Fransa, Litva, Madaqaskar, Kanada və ya İspaniya qarşısında ikitərəfli qaydadakı anlaşmaya uyğun olaraq öhdəlik götürməyib.

 

Bu ölkələrin heç biri 2020-ci ilin noyabrın 10-u tarixli sənədi imzalamış dövlətlərdən biri deyil və aprior olaraq, o sənədə istinad edə bilməzlər.

 

Həmin dövlətlərin beynəlxalq hüquqa uyğun olaraq edə biləcəkləri maksimum əməl - Azərbaycana ünvanlanmış çağırışdır. Tələb, ya ultimatum yox!

 

Çağırış edirlərsə, ədalətli, məntiqi və ağıllı mövqe nümayiş olunmalıdır: Laçın yolunun açılması Bakıdan istənilirsə, onda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz, sərbəst gediş-gəlişə şərait yaradılması da Ermənistandan tələb edilməlidir.

 

Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan hakimiyyəti Laçın yolu ilə hərəkətin təhlükəsizliyini təmin etməlidir - hərəkətin özünü yox!

 

Ən nəhayət, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında hərəkətin maneəsiz və sərbəst təminatının tələb olunduğu 9-cu bənddən fərqli olaraq, üçtərəfli bəyanatın 6-cə bəndində belə imperativ tələb yoxdur.

 

Ağdam-Əsgəran yolu ilə dərman hazırlıkları, ərzaq, gundəlik tələbat malları, y anacak və s. ilə təmin etməyə hazırıq.

 

Qarabağ erməniləri buyursunlar, kanlarına əziyyət verib həmin yola qoyduqları beton plitələri götürsünlər, belirgin dəstələrini tərk-silah kutlarlər.

 

Geosiyasətdə piyadaya çevrildi Ermənistanı dəstəkləmək və silahlandırmaqla, vədlər verib illüziyalara qapdırmaqla, əsl simanı gizlədib maskaları dəyişməklə ki m ovqeyimizi dəyişməyəsə tırnak bakımı olmağısa heç bacarmaz.

 

Bu qədər bəsit.

 

İsterikaya qapılmaq, həyasızlıq etmək, Bakıdan nəyisə tələb edərək barmaq silkələməksə heç bir nəticə verən deyil.

 

Maskalı piyadalar ən az üçtərəfli bəyanatın mətnini bir də oxusunlar.

 

Heç olmazsa..






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.