Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə çörək məmulatlarından 108 nümunə götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.
Senzor.az bildirir ki, AQTA-nın yaydığı məlumatda belə deyilir.
Bildirilib ki, bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib.
Qeyd olunub ki, 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla əlaqədar yoxlama aparılmış 11 müəssisə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Agentlik tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.
Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları aşağıdakılardır:
Əgər vətəndaşların qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.