Pakistanın keçmiş Baş nazirinə 3 il həbs cəzası verildi

Pakistanın keçmiş Baş Naziri və müxalif Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu barədə "Dawn" qəzeti məlumat yayıb.

 

Sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə də  ödəməlidir.

 

Qəzetin məlumatına görə, məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib.

 

“Report” xatırladır ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

 

9 may 2023-cü ildə İmran Xan polis tərəfindən saxlanılıb. O və həyat yoldaşı Büşra Bibi korrupsiyada və Əl-Qadir Universitetinin yaradılmasında büdcədən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) mənimsəmək üçün ailə fondu olan "Əl-Qadeer Trust"dan istifadə etməkdə ittiham olunurdular. Mayın 10-da məhkəmənin onu həbs etməsi ölkədə kütləvi etirazlara səbəb olmuşdu. Mayın 11-də həbsi qanunsuz elan edilmiş və keçmiş Baş nazir zaminə buraxılmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.