Elşən Xəzər “Globalinfo.az”a açıqlamasında saxlanılması ilə bağlı məlumatı təkzib edib.
“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.
**17:58
Tanınmış meyxanaçı Elşən Xəzər saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.