Tbilisidə azərbaycanlı sahibkarı güllələyən şəxsi hansı cəza gözləyir? - GÜRCÜSTANIN BAŞ PROKURORLUĞU MƏLUMAT YAYDI

Gürcüstanın Baş Prokurorluğu paytaxt Tbilisi ərazisində fəaliyyət göstərən “Lilo Mall”da etnik azərbaycanlı iş adamına silahlı hücum edən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, həmçinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürüb.

 

APA xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

 

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müttəhimin avqustun 3-də, “Lilo Mall” MMC-də odlu silahdan bir neçə əl atəş açaraq qurbanını yaraladığı müəyyən edilib. Əlavə olunub ki, yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

 

O da vurğulanıb ki, hüquq mühafizə orqanlarının əməkdaşları sahibkarı  güllələyən şəxsi hadisə baş verən gün saxlayıblar. 

 

Ona qarşı irəli sürülən ittihamlar üzrə 10 ildən 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, avqustun 3-də baş vermiş silahlı hücum zamanı etnik azərbaycanlı iş adamı Roman İsayev başından güllə yarası alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.