Ərdoğan: "Türkiyə FETÖ virusundan təmizlənənədək mübarizəni davam etdirəcəyik"

"Dövlətimiz FETÖ virusundan təmizlənənədək onunla mübarizəni qərarlı bir şəkildə davam etdirəcəyik".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 3,5 saat davam edən iclasından sonra mediaya açıqlamasında deyib.

 

Onun sözlərinə görə, acıları unutmadan FETÖ və digər terror təşkilatları ilə mübarizə şəhidlərə vəfa borcudur.

 

Türkiyə Prezidenti öz ölkəsinin inkişafı üçün çalışan hər bir vətəndaşa səslənərək deyib ki, insanlar kimi, dövlətlər də həyatlarında dalğalanmalar yaşaya bilərlər.

 

"İstər daxili, istərsə də regional böhranlar kimi bəzi problemlər müvəqqəti xarakter daşıyır. Türkiyənin gücü keçmişlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Bu dövrdə birlikdə qorumalı olduğumuz şey millətin ortaq dəyərləridir. Biz buna nail olanda heç kim önümüzə mane ola bilməz. Qurumlarımızın işində, sistemin fəaliyyətində hələ də çatışmazlıqlar varmı? İki əlin barmaqları kimi sıxsaq, hamısına qalib gələ bilərik. İndiyə qədər göstərdikləri səbrə görə hər bir vətəndaşımıza millətim adından minnətdarlığımı bildirirəm. Bu tarixi dönüş nöqtəsini uğurla başa vuraraq, Türk yüz ilinin pillələrini birlikdə adlayacağıq", - deyə Ərdoğan vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.