Rəsmi Kiyev Kosovonun müstəqilliyini tanısa, dərhal hər şeyini itirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç respublikanın Baş naziri Ana Brnabiçlə birgə mətbuat konfransı zamanı deyib.
Vuçiç Kosovonun müstəqilliyinin Kiyev tərəfindən mümkün tanınması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib: “Ukrayna bizim üçün dost ölkədir, bizim Ukrayna ilə heç vaxt münaqişəmiz və ya problemimiz olmayıb. Ümid edirəm ki, olmayacaq da”.
Xatırladaq ki, Kosovo 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqilliyini elan edib və son illərdə UNESCO və İnterpola daxil olmaqla beynəlxalq təşkilatlara fəal şəkildə qoşulmağa çalışır.