Ərdoğan Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” verdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Dövlətdə üstün xidmət medalı” ilə təltif edilib.

 

Bu barədə “TRT Haber” məlumat yayıb. 

 

Hakan Fidan Türkiyə Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında təltif edilib.

Həmin medalı Hakan Fidana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

 

“Bu medalı mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından alıram”, - deyə Fidan qeyd edib.

 

Xatırladaq ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

 

Ankaradakı Prezident Kompleksində keçirilən toplantı 3 saat davam edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.