"Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlarda ərazi məsələlərini müzakirə etmək səlahiyyətinə malik deyil".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın "Valasz Online" nəşrinə müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, bu mövzunun müzakirəsi ancaq onun səlahiyyətinə aid olan məsələdir.
"Nümayəndə heyətimiz humanitar məsələlər - hərbi əsirlər, uşaqların qaytarılması və ya atəşkəs məsələlərini müzakirə etmək üçün mandatlıdır. Lakin onların Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələləri müzakirə etmək səlahiyyəti yoxdur. Ərazilər haqqında danışıqlar aparmaq mənim işimdir", - deyə o bəyan edib
Zelenski bu mövzuda yalnız Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.
Ukrayna Prezidenti həmçinin qeyd edib ki, Kiyev itirilmiş əraziləri "de-yure" Rusiyanın ərazisi kimi tanımır.