Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb - VİDEO

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb. Bu dəfə ən böyük ziyan İmereti bölgəsinə dəyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kutaisi-Tskaltubo-Tsageri-Lentexi yolunda, Sakdri körpüsünün yaxınlığında çay məcrasından çıxıb, sel suları yola daşıb...


Gürcüstan İnfrastruktur Nazirliyinin Yol İdarəsinin məlumatına görə, çayın daşması nəticəsində Kutaisi (Tskaltubo dolama yolu)-Tskaltubo-Tsageri-Lentexi-Lasdili daxili dövlət əhəmiyyətli avtomobil yolunun 98-ci kilometrliyində (Sakdri körpüsünün yaxınlığında) su yol infrastrukturuna ziyan vurub. Yolda torpaq sürüşməsi ehtimalı artıb.

 

Bildirilir ki, təhlükəsizlik səbəbi ilə sözügedən hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

 

Xatırladaq ki, təxminən bir həftə əvvəl güclü leysan yağışlarından sonra Gürcüstanın Telavi şəhəri də fəsadlarla üzləşmişdi. Belə ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxmış və şəhərin bir neçə küçəsini su basmışdı. Daşqın yaşayış binalarının birinci mərtəbələrini, aptekləri və mağazaları da su altında qoymuşdu.  

 

Bundan başqa, torpaq sürüşməsi nəticəsində Telavidəki körpülərdən biri dağılmış, təbii fəlakət səbəbindən şəhərdə qaz və elektrik enerjisinin verilişində fasilələr yaranmışdı.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.