Türkiyədə Böyükşəhər bələdiyyəsi sədrinin ölümü ilə bağlı İKİ NƏFƏR SAXLANILIB

Türkiyənin Manisa Böyükşəhər bələdiyyəsinin cərəyan vurması nəticəsində həyatını itirən başçısı Ferdi Zeyrekin ölümü ilə bağlı istintaq başladılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

 

Qeyd edilib ki, Manisa Respublika Prokurorluğu tərəfindən başlanan istintaqa bir baş prokuror müavini və iki prokuror təyin olunub, bu günədək 12 nəfərin ifadəsi alınıb və iki nəfər saxlanılıb.

 

Bundan əlavə, istintaq elektrik və mühərrik mühəndislərindən ibarət ekspert heyəti tərəfindən də əhatəli şəkildə davam etdirilir.

 

Xatırladaq ki, bələdiyyə sədrini bir müddət əvvəl evinin hovuz bölməsində elektrik cərəyanı vurub. Xəstəxanada Reanimasiya şöbəsinə yerləşdirilən Zeyrekin həyatını xilas etmək mümkün olmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.