Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Azərbaycandan Qazaxıstana keçib.
Senzor.az bildirir ki, bu barədə TÜRKPA Şurasının Astanada keçirilən 14-cü iclasında qərar qəbul edilib.
Qərara əsasən, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova sədrliyi qazaxıstanlı həmkarına təhvil verib.
Xatırladaq ki, ötən il sədrlik Türkiyədən Azərbaycana keçmişdi.