ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə olan İKİ DÜZƏLİŞİ RƏDD ETDİ

ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

 

"Report" xəbər verir ki, hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli idi və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanmışdı.

 

Birinci düzəliş ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi ki, bu da Azərbaycana ABŞ yardımının göstərilməsini qadağan edir.

 

Hər iki düzəlişin rədd edilməsi ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı çıxan erməni lobbisinin Konqresdə daha bir məğlubiyyətini nümayiş etdirir.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi ABŞ Konqresinin Dövlət Departamentinin hüquqi səlahiyyətlərini və təşkilati strukturunu nəzərdən keçirdiyi, dəqiqləşdirdiyi və uzatdığı illik prosesdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.