
Son 24 saat ərzində Gürcüstanda "oğru dünyası" ilə əlaqəsi olan 80 nəfər həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hazırda xaricdə yaşayan “qanuni oğru” da daxil olmaqla, iş üzrə daha 14 nəfərə qarşı ittiham irəli sürülüb.
Tbilisidə və ölkənin bölgələrində Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının iştirak etdiyi genişmiqyaslı əməliyyat keçirilib.
İstintaqın məlumatına görə, “qanuni oğru” Georgi Qoqoladzenin ətrafında olanlar onun adından və himayəsi altında hərəkət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları iddia edirlər ki, onlar mütəmadi olaraq "oğru müzakirələri" təşkil ediblər və bu zaman maliyyə mübahisələrini “oğru ənənələri”nə uyğun həll ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, şübhəlilər fərdlər arasında mübahisələri həll edib və müəyyən məbləğdə pul ödənilməsini tələb ediblər. İstintaqa görə, bu tələblər yerinə yetirilmədikdə və ya gecikdirildikdə, onlar fiziki zorakılıq və hətta qətllə hədələniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin bir-biri və xaricdə olan “qanuni oğru” ilə ünsiyyət qurmaq üçün istifadə etdikləri kompüterlər və mobil telefonları sübut kimi müsadirə ediblər. Axtarışlar zamanı odlu silah, pul və narkotik maddələr də tapılıb.