Tramp xəbərdarlıq etdi:
"ABŞ MÜFLİSLƏŞƏ BİLƏR"

ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb.

 

Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

 

"Dövlət borcunun yuxarı həddi ilə bağlı məsələni həll etmək üçün son tarix yaxınlaşır. Bu məsələni həll etməsək, ölkə müflisləşəcək. Belə bir hal əvvəllər heç vaxt baş verməyib", - deyə Tramp bildirib.

 

ABŞ Prezidenti hesab edir ki, ölkədə belə bir məhdudiyyət ümumiyyətlə olmamalıdır.

 

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 26-na olan vəziyyətə əsasən, ölkənin dövlət borcu rekord həddə - 40.52 trilyon dollara çatıb. Hazırda dövlət borcunun yuxarı həddi 41.1 trilyon dollar təşkil edir.

 

İkipartiyalı Siyasət Mərkəzinin qiymətləndirməsinə görə, bu həddə artıq 2027-ci ilin fevral və ya mart aylarında çatmaq mümkündür.(Bax: https://www.youtube.com/watch?v=VLQpGtcJi4U)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.