
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın ilk ongünlüyündə Moskvaya səfər edəcək.
"Panorama" xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı qərara əsasən, A.Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 8–9-da Moskvada MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin 14-cü görüşündə iştirak edəcək.