DÇ-2022: Sonuncu 1/4 finalçı Portuqaliya millisi oldu - YENİLƏNİB

Portuqaliya millisi də Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.

 

Senzor.az bildirir ki, Portuqaliya seçməsi çempionatın pley-off mərhələsi çərçivəsində İsveçrə yığması ilə qarşılaşıb.

 

“Lusail” stadionunda oynanılan matçda rəqibini 6:1 hesabı ilə məğlub edən Portuqaliya seçməsi 1/4 final mərhələsinə yüksəlib.

 

Beləliklə, dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. 1/4 finalda Niderland millisi Argentina, İngiltərə yığması Fransa, Xorvatiya seçməsi Braziliya, Mərakeş isə Portuqaliya ilə qarşılaşacaq.

 

1/4 final oyunları 9-10 dekabrda keçiriləcək.


**21:58 (06.12.2022)


Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının 1/4 finalına yüksəlib.

 

Senzor.az bildirir ki, turnirin pley-off mərhələsi çərçivəsində Mərakeş millisi İspaniya ilə qarşılaşıb.

 

“Education City” stadionunda oynanılan matçda hesab açılmayıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən (3:0) Mərakeş millisi mərhələ adlayıb.

 

Mərakeş seçməsi 1/4 finalda Portuqaliya – İsveçrə matçının qalibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə yığması Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.