"Biz bu ilin iyununda Madriddə Türkiyə, Finlandiya ilə imzaladığımız üçtərəfli memorandumda əks olunan öhdəliklərimizi yerinə yetirmək üçün əzmlə çalışırıq".
Bunu İsveçin xarici işlər naziri Tobias Billström "Atlantic Council"ə müsahibəsində deyib.
"İttiham olunan şəxsləri təhvil verməklə, PKK-nın terror təşkilatı olduğunu vurğulayaraq bizim ərazimizdə fəaliyyət göstərməsinə və işləyə bilməsinə imkan verməyərək, müdafiə təyinatlı hərbi materiallarının ixracı məsələsinə baxaraq addım-addım öhdəliklərimizi yerinə yetiriririk", Billstörm deyib.
O bildirib ki, üçtərəfli memorandum həm də İsveç, Finlandiya və Türkiyə üçün səmərəli olan əməkdaşlıq barədədir və ölkələr arasında bu əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. "Məsələn, biz cinayətlə mübarizə orqanlarının əməkdaşlığı istiqamətində daha çox işlərin görülməsini istərdik. Çünki insanlar İsveçdə cinayət törədir və Türkiyəyə qaçır, bununla da onlar məsuliyyətə cəlb olunmaqdan yayınırlar. Mən əminəm ki, bu, elə sahədir ki, Türkiyə hökuməti də memorandumdakı bu hissə ilə bağlı çox qətiyyətlidir və biz ümid edirik ki, bu istiqamətdə, daha sıx əməkdalıqla bağlı Türkiyədən addımlar görəcəyik", Tobias Billström deyib.(APA)