"İlin sonunadək Türkiyə ilə Ermənistan arasında karqo uçuşları başlayacaq" - KİV

Türkiyə ilə Ermənistan arasında Alican sərhəd-keçid məntəqəsinin açılması üçün texniki işlər başlayıb.


Bunu Türkiyənin “Hürriyət” nəşri yazıb.


Bildirilib ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesi davam edir.


Qeyd olunub ki, Türkiyə ilə Ermənistan arasında karqo uçuşlarının başlaması üçün işlər sona çatıb: “2022-ci ilin sonunadək iki ölkə arasında uçuşlar başlayacaq. Beləliklə, Türkiyə istehsalı olan mallar karqo yolu ilə birbaşa Ermənistana çatdırılacaq”.


Məlumata görə, başqa bir məsələ Alican sərhəd-keçid məntəqəsinin açılması ilə üçüncü ölkə vətəndaşlarının iki ölkə arasında səfərinə icazə verilməsinin təmin edilməsidir: “Sərhəddə təxminən 128 metrlik körpü var. Təhlükəsiz keçid üçün bu körpü təmir edilməlidir. Amma qış fəsli bu istiqamətdə ciddi addımların atılmasını ləngidir”.


Qəzetin xəbərinə görə, iki ölkə arasında tezliklə birbaşa ticarətin başlaması üçün də hazırlıq işləri görülür.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.