Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib.
Senzor.az bildirir ki, görüş Moskvada keçirilən "ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri" adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.
Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadə Danilov monastırında Rusiya Patriarxı Kirillə görüş keçirib. Dekabrın 8-də isə XVIII Beynəlxalq Müsəlman Forumunda iştirak və çıxış edib.