DÇ-2022: Yarımfinala ilk vəsiqəni Xorvatiya millisi qazandı

Futbol üzrə Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

 

Senzor.az bildirir ki, turnirin 1/4 final mərhələsi çərçivəsində Xorvatiya millisi Braziliya ilə qarşılaşıb.

 

“Education City” stadionunda oynanılan matçda hesab açılmayıb. Qarşılaşmada qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər -1:1. Matçın 106-cı dəqiqəsində braziliyalı futbolçu Neynar, 117-ci dəqiqədə rəqib komandadan İvan Petkoviç fərqləniblər. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penalti seriyası təyin edilib. Zərbələri dəqiq yerinə yetirən Xorvatiya millisi mərhələ adlayıb – 4:2.

 

Bu gün dörddəbir final mərhələsi çərçivəsində Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. “Lusail” stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində sabah İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.