Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına gəlib.
Xəbərə görə, nazir hospitallarda yaradılmış şəraitlə tanış olub.
Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fəxrəddin Qocaya yaradılmış şəraitlə bağlı məlumat verib.
Onlar hazırda hospitalda müayinə olunan xəstələrin son durumu ilə maraqlanıblar.
F.Koca tibb personalına gördükləri işlərə görə təşəkkür edib.