Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün fransalı həmkarı Emmanuel Makronla da danışıqlar aparıb.
“Anadolu”nun məlumatına görə, E.Makron Türkiyənin bir sıra şəhərlərində baş verən zəlzələlərlə bağlı R.T. Ərdoğana başsağlığı verib.
Türkiyə lideri Fransanın bu müddətdə sərgilədiyi dəstək və həmrəyliyə görə E. Makrona minnətdarlığını bildirib.
Eyni zamanda, danışıq zamanı Türkiyə-Fransa münasibətləri ətrafında da fikir mübadiləsi aparılıb.
Senzor.az xatırladır ki, Türkiyə Prezidenti bu gün Rusiya lideri Vladimir Putinlə də danışıqlar aparıb.