Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” matçının sonlarına doğru gərgin anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Ağdam təmsilçisinin hesabı bərabərləşdirməsindən sonra baş verib.
Belə ki, “Neftçi” azarkeşləri “Qarabağ”ın qolundan sonra meydana protexniki vasitələr atıblar.
“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili də petardanı götürərək “Neftçi”nin bayrağına doğru atıb.
Azarkeşlər gürcü qolkiperə etiraz əlaməti olaraq ona doğru yad əşyalar atmağa başlayıblar.
Senzor.az xatırladır ki, "Azersun Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hazırda üçüncü pillədə qərarlaşan "Neftçi" xallarının sayını 49-a çatdırıb. Lider "Qarabağ"ın 62 xalı var.
Turun digər oyunlarında “Zirə” “Turan Tovuz”u (2:0), “Kəpəz” “Sumqayıt”ı (2:1) səfərdə, “Şamaxı” “Sabah”ı (2:1) evdə məğlub edib, “Səbail” – “Qəbələ” matçı isə heç-heçə (2:2) nəticələnib.