“Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayıb”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.
O, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun ölkəsinə getməsindən məmnunluğunu bildirib: “Xoş gəlmisiniz, cənab səfir!”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.