Moldova parlamenti dövlət dili haqqında qanunu təsdiqlədi – DEPUTATLAR ARASINDA DAVA DÜŞDÜ
VİDEO

Martın 2-də Moldova parlamenti dövlət dili haqqında qanunu birinci oxunuşda təsdiqləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla belə, səsvermə mübahisəsiz ötüşməyib.

 

Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ifadəsi ilə dəyişdiriləcək.

 

Qanun layihəsinin təqdimatı zamanı kürsüyə kommunistlər və sosialistlər blokunun deputatları çıxıblar. Onlar özləri ilə referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışları əks etdirən plakatlar gətiriblər.

 

Deputatlardan biri digərinin plakatını qoparıb, bundan sonra onlar arasında dava düşüb. Daha sonra kommunist deputat mikrofonu götürərək “Moldova, Moldova” qışqırmağa başlayıb. Dava mikrofon söndürüldükdən sonra da davam edib.

 

Parlamentin spikeri İqor Qrosu deputatları sakit olmağa çağırıb. Parlament çoxluğunun nümayəndələri öz yerlərinə qayıtdıqdan sonra qanun layihəsinə baxılması prosesi davam etdirilib.

 

Yekunda, Konstitusiyada dövlət dilinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi deputatların 55 səsi ilə qəbul edilib.


Səsvermədən sonra qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, bütün milli qanunlarda “Moldova dili” ifadəsinin “rumın dili” ilə əvəz edilməsi barədə sənəd artıq Konstitusiya Məhkəməsinə yönləndirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.