MM-də Natali Qule ilə görüşdə Fransa Senatının qərəzli qətnamələri müzakirə olunub

Bu gün Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə Soltan Məmmədov Azərbaycan və Fransa əlaqələri, Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına maneə törədən amillər barədə danışıb.


Söhbət zamanı Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra regionda yaranmış yeni reallıq, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın icrası, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə keçirilmiş görüşün əhəmiyyəti və digər məsələlər barədə müzakirələr aparılıb.


Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev, Tural Gəncəliyev, Nigar Arpadarai, Fransanın ölkəmizdəki səfiri Ann Buayon və digər rəsmi şəxslər iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.