Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşüb.
Bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə NATO tərəfdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi, eləcə də Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə olunub.