Kolumbiyada etirazçılar 79 polis əməkdaşını girov götürüblər -
2 NƏFƏR ÖLÜB

Kolumbiyanın cənubundakı Caqueta əyalətinin sakinləri “Emerald Energy” neft şirkətinin binasını mühasirəyə alaraq 79 polis əməkdaşını və 9 neft-mədən işçisini girov götürüblər.

 

Senzor.az bildirir ki, məlumatı “Fox News” yayıb.

 

Etirazçılar ərazidəki yolların təmiri və ya yenidən qurulmasını tələb edirlər.

 

Baş verən toqquşmada bir polis və bir mülki şəxs həlak olub. Polisdən verilən məlumata görə, həlak olanlar güllə yaralarından ölüblər. Prezident Qustavo Petro “Tvitter”də verdiyi açıqlamada qətli pisləyib.

 

Toqquşma San Visente del Kaguan bələdiyyəsinin ərazisində baş verib. İnsanlar neft yatağına girişi bağlayıb və yanğın törədiblər.

 

Kolumbiya Ombudsmanı Karlos Karmarqo etirazçılarla danışıqlar aparmaq üçün hadisə yerinə gəlib.

 

Qeyd edək ki, Kolumbiyada neft və mədən layihələrinə yaxın ərazilərdə etirazlar mütəmadi olaraq baş verir, icmalar şirkətlərdən infrastruktur, o cümlədən yollar və məktəblər tikməyi tələb edirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.