Şuşada havanın şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda 84 gün əvvəl başlayan etiraz aksiyası bu gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.
Senzor.az bildirir ki, ekofəallar və könüllülər həmişə olduğu kimi indi də bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar.
Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda, ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, bu gün ərazidən Rusiya sülhməramlı kontingentinə məxsus təminat-təchizat, tibbi maşın və minik avtomobilinin də olduğu 68 nəqliyyat vasitəsi keçib.
Bu bir daha göstərir ki, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
**09:00(05.03.2023)
Şuşada havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda keçən ilin 12 dekabrından başlayan etiraz aksiyası ötən gecə boyu da davam edib.
Senzor.az bildirir ki, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib.
Ekofəallar yenə də yolda nəqliyyatın hərəkətinə mane olmadan üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə, əvvəlcədən olduğu kimi, yenə də heç bir maneə yoxdur. Yeri gəlmişkən, dünən gün ərzində ərazidən Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus təminat-təchizat, tibbi maşın və minik avtomobilinin də olduğu 61 nəqliyyat vasitəsi keçib. Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 2 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 7 nəqliyyat vasitəsi geri qayıdıb. Beləliklə, martın 4-də Laçın-Xankəndi yolundan daha 70 avtomobil keçib.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 84-cü gündür ki, yüksək əzm, mətanət və qətiyyət nümayiş etdirirlər.
Senzor.az