Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransına ev sahibliyi edən Qətərin paytaxtı Dohada BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.
O, Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında göstərdiyi dəstəyə görə BMT-nin baş katibi A.Quterreşə təşəkkür edib.
Mövlud Çavuşoğlu yazıb ki, o, baş katiblə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülən "sıfır tullantı" təşəbbüsünü, Ukraynadakı vəziyyəti, eləcə də taxıl dəhlizinin fəaliyyətini müzakirə ediblər.