Ceyhun Bayramov: “Ermənistan təxribatlardan əl çəkmir”

“Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir”.

 

Senzor.az Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın Xarici Əlaqələr və Əməkdaşlıq üzrə dövlət katibi Fransisko Andre ilə görüşü zamanı deyib.

 

Görüşdə iki dövlət arasında münasibətlərin hazırkı vəziyyəti və inkişafı potensialı müzakirə edilib.

  

Azərbaycan və Portuqaliya arasında iqtisadi-ticarət, habelə energetika sahəsində, bərpa olunan enerji resurslarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması qeyd olunub. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu xüsusilə vurğulanıb.

  

Görüşdə, həmçinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yalnız ikitərəfli səviyyə ilə məhdudlaşmadığı, qarşılıqlı dəstəyin beynəlxalq təşkilatlar çərçivəsində də davam etdirildiyi diqqətə çatdırılıb.

  

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Habelə, azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu vurğulayan nazir Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıqdan bəhs edib.

 

Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq ərazilərimizdən silahlı qüvvələrini çıxarmadığı, mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb. 

 

Qarşı tərəf öz növbəsində Portuqaliyanın ölkəmizlə bütün istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və Azərbaycan tərəfi ilə bu istiqamətdə birgə işləməyə hazır olduqlarını qeyd edib.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.