Ceyhun Bayramov Qətərdə BMT Baş katibinin müavini ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfəri zamanı BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.


Bu barədə Senzor.az-a Azərbaycan XİN-dən məlumat verilib.


C.Bayramov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı, ən az inkişaf etmiş ölkələrə göstərilən yardımlar, 130-a yaxın ölkəyə yardım proqramları barədə ətraflı məlumat verib. Azərbaycanın təqaüd və təlim proqramlarından faydalanmaq imkanları diqqətə çatdırılıb.


Nazir Azərbaycanın “Dayanıqlı İnkişaf Məqsədlərinin” həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edərək hazırda ölkəmizdə BMT-nin müəyyən etdiyi davamlı inkişaf gündəliyinin icrası, şaxələndirilmiş, texnologiya və elm tutumlu iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin icra olunduğu barədə məlumat verib.


Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində ölkəmiz tərəfindən göstərilən səylər barədə məlumat verən C.Bayramov Ermənistanın təxribatları barədə də məlumatı qarşı tərəfin diqqətinə çatdırıb.


R.Fatima rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb. O, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Davamlı inkişaf məqsədlərinin icrasına əsaslı töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycanın yardım proqramlarının əhəmiyyət daşıdığı bildirilib.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

**15:57

Martın 6-da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb.


XİN-dən verilən xəbərə görə, görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hal-hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirilib. Qarşı tərəfə 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatı Zirvə Görüşü və nəticələri barədə məlumat verilib.


Nazir eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib.

Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.


Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

**15:42

Martın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ilə görüşüb.


Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.


Görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə ətraflı məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq imkanlarının olduğu vurğulanıb. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.


Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.


Tərəflər qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.