Ukrayna ilə Rusiya arasında əsirlərin növbəti mübadiləsi baş tutub, 130 Ukrayna hərbçisi evlərinə qayıdıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
Azad edilən hərbi qulluqçular arasında Milli Qvardiyanın üzvləri, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onlardan 87-si Mariupolun müdafiəçisi, o cümlədən 71-i “Azovstal”ın əsgəridir. Bundan başqa, Baxmut və Soledar bölgələrində əsir götürülənlərdən 35 nəfəri geri qaytarılıb.
Qeyd edilib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2000-ə yaxın vətəndaşını əsirlikdən azad edib.