Gürcüstan müxalifəti yeni etiraz aksiyasının anonsunu verdi

Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb.

 

“İnterfaks” bildirir ki, bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze məlumat verib.

 

Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər.

 

“Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidze də var. Bir neçə saatdan sonra parlamentin qarşısındakı meydanda keçiriləcək etiraz aksiyasına dünənkindən daha çox insan toplaşacaq”, - deyə G.Vaşadze jurnalistlərə açıqlamasında bildirib.

 

O, əlavə edib ki, dünya ictimaiyyəti, şübhəsiz ki, hazırkı Gürcüstan hakimiyyətini dinc aksiynın dağıdılmasına görə qınayacaq.

 

KİV-in məlumatına əsasən, hazırda Tbilisidə parlament binasının qarşısındakı meydan tamamilə polis və xüsusi təyinatlıların nəzarətindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.