Xüsusi təyinatlılar Tbilisidə parlament binası qarşısındakı etiraz aksiyasını tamamilə dağıdıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqan binasının darvazalarına yaxınlaşıblar.
Təhlükəsizlik qüvvələri etirazçıları qovmaq üçün parlamentin həyətindən onların üzərinə su buraxıblar.
Həmçinin, Xüsusi Təyinatlı Qüvvələr gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə ediblər.
Bir müddət sonra onlar etirazçıları parlamentin qarşısındakı meydandan tamamilə dağıda biliblər.
İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Polis həbslərə başlayıb, lakin bu, hələ ki geniş miqyas almayıb.
** 23:40(08:03.2023)
Gürcüstan müxalifətinin fəalları milli parlamentin binasını mühasirəyə alıblar.
Onlar binanın şüşələrini sındırıb, parlamentin yaxınlığındakı hasarları söküblər.
Hadisə yerində Gürcüstan polisinin xüsusi təyinatlıları var və onlar etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.
Müxalifət fəalları isə qoruyucu maskalar və xüsusi qaz maskaları taxırlar.
Xatırladaq ki, müxalifət “xarici agentlər” haqqında qanunun qəbuluna qarşıdır. Etirazçılara Gürcüstan Prezidenti Salome Zurabişvili də dəstək verib.
**21:58
Gürcüstan parlamentinin qarşısında "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq yenidən minlərlə insan etiraza qalxıb.
Gürcüstan KİV-ləri xəbər verir ki, polisin əmrinə tabe olmayan yürüş iştirakçıları arasında saxlanılanlar var.
Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım maşınları cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.
Yerli KİV daha 10 nəfərin saxlanılması barədə məlumat yayıb.
Qeyd edək ki, etiraz aksiyaları davam edir.