Şənbə günü Praqanın mərkəzindəki Vatslav meydanında minlərlə vətəndaşın iştirakı ilə hökumət əleyhinə mitinq keçirilib.
TASS bildirir ki, iştirakçıları Vatslav meydanının təxminən yarısını dolduran aksiya “Çexiya yoxsulluğa qarşı” şüarı ilə baş tutub.
Tədbir zamanı respublika hökumətinin ünvanına kəskin tənqidlər səslənib. Artan xərclərin və inflyasiyanın qarşısını almaq üçün tələblər irəli sürülüb. Etirazçılar Çexiya hakimiyyətinin yürütdüyü siyasətlə razılaşmadıqlarını bildiriblər.
Məlumata görə, polis paltarında Z hərfi və “Vaqner” özəl hərbi dəstəsinin simvolu şəklində zolaqlar olan bir şəxsi saxlayıb. Digər ictimai qayda pozuntusu qeydə alınmayıb.
Polisin öz məlumatına görə isə mitinq zamanı 18 nəfər saxlanılıb.