Türkiyə, Rusiya, İran və Suriya Xarici İşlər nazirliklərinin nümayəndə heyətlərinin görüşü martın 15-16-da Moskvada baş tutacaq.
Türkiyə KİV-i xəbər verir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq görüş Suriya mövzusuna həsr olunacaq. Görüşün digər təfərrüatları açıqlanmır.
Xatırladaq ki, martın 9-da İranın Rusiyadakı səfiri Kazem Cəlali rəsmi Tehranın görüşdə iştirak edəcəyini bildirib.