Korsikalılar Fransanın yeni qanun layihəsini qəbul etmirlər

Korsikalılar Bastia inzibati məhkəməsinin ana dilindən istifadənin qadağan olunduğu qərarını qəbul etmir.


“Le Figaro” qəzeti xəbər verir ki, Korsika İcra şurasının sədri, “Korsika naminə” millətçi koalisiyasının liderlərindən biri Gilles Simeoni və Korsika Assambleyasının sədri Marie-Antoinette Maupertuis qəbul etdiyi birgə bəyanatda bildiriblər ki, bu vəziyyəti qəbul etmək ağlasığmazdır.


“Məhkəmənin bu qərarı və onun motivasiyası Korsika dilinin rəsmi statusunun (fransız dili ilə bərabər) təmin edilməsi üçün konstitusiyaya yenidən baxılmasına mütləq ehtiyac olduğunu təsdiqləyir. Bu, Korsika dilinin yaşaması və inkişafı üçün əvəzsiz şərtdir”, - bəyanatda vurğulanıb.


Korsikanın müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası da tviter səhifəsində məhkəmənin qərarını pisləyib və bunu “rüsvayçı” adlandırıb. Daha əvvəl Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini tviterdə məhkəmənin qərarının Korsika üçün təhqir kimi səsləndiyini qeyd edib.


Xatırladaq ki, daha əvvəl BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen məhkəmənin bu qərarını pisləyib.


“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair qərar ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur. Amma Korsika dili qadağandır”, - o qeyd edib.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.