Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı nazirlər gündəlikdə duran ikitərəfli məsələləri müzakirə ediblər.
Tərəflər Rusiya-İran arasında çoxşaxəli əməkdaşlığın inkişafında müsbət dinamikanın gücləndiyini vurğulayıblar.
Bundan başqa diplomatlar aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.