Laçın-Xankəndi yolunda son vəziyyət: ekoaksiya bu saatlarda da davam edir
FOTO


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda 94 gün əvvəl başlayan etiraz aksiyası bu gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.

 

Senzor.az bildirir ki, ekofəallar və könüllülər həmişə olduğu kimi indi də bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar. 

 

Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".    

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə, əvvəlcədən olduğu kimi, yenə də  heç bir maneə yoxdur. Yeri gəlmişkən, bu gün Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 90 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-ya məxsus 8 minik avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 8 minik və 5 yük avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, gün ərzində aksiya ərazisindən 111 avtomobilin sərbəst hərəkəti təmin edilib.

Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.