Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan KTMT Baş katibi İmanqali Tasmaqambetovla görüşüb.
“Sputnik Armenia” xəbər verir ki, Papikyan Ermənistanın gözləntilərini təqdim edib.
Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
**14:38
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana gedib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN təsdiqləyib.
Bildirilib ki, onun bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir Nikol Paşinyanla görüşü gözlənilir.
Xatırladaq ki, KTMT Baş katibinin Ermənistana səfəri 17 mart tarixi üçün gözlənilirdi.