Ərdoğan: Türk İnvestisiya Fondu qardaş ölkələrimizin iqtisadi birliyinə töhfə verəcək - VİDEO

Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşümüzün konkret nailiyyətlərindən biridir. Fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

 

Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.

 

Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir”.

 

Daha ətraflı videoda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.