"Bu sənədin Şuşanın yeni tarixinə düşəcəyinə inanıram" - PREZİDENTİN XÜSUSİ NÜMAYƏNDƏSİ

"Bu gün Azərbaycanın Şuşa şəhəri ilə Serbiyanın Novi Pazar şəhəri arasında dostluq və əməkdaşlıq haqqında imzaladığımız memorandum Şuşanın yeni tarixinə düşəcək".


Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, bu sənəd Azərbaycanla Serbiya arasında olan yüksək səviyyəli strateji münasibətlərin məntiqi davamı olaraq iki xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.


A.Kərimov söyləyib ki, eyni zamanda bu memorandum mədəni, sosial və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə müsbət təsirlər göstərəcək.


Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, bu sənəd Şuşa şəhəri ilə digər şəhərlər arasında imzalanan sayca 7-ci sənəddir. O, bundan əvvəlki qarşılıqlı memorandumlardan fərqli olaraq belə bir sənədin ilk dəfə məhz Şuşa şəhərində imzalandığını vurğulayıb.


A.Kərimov bunu simvolik və müsbət bir hal kimi dəyərləndirib.


O həmçinin bununla da Azərbaycan və Serbiya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.("Report")






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.